


Probiyotik Bakteriyalar
Probiyotiklər, lazımi miqdarda qəbul edildiyi zaman insanın sağlamlığı üçün çox faydalı olan canlı mikroorqanizmlərdir. Bağırsaq mikroflorasının tərkibi orqanizmdə bir çox funksiyalar üçün vacibdir. Ana südünün tərkibində probiyotiklər və yüzlərlə müxtəlif probiyotik oliqosakaridlər var.
Körpə süd formulalarında probiyotiklərin istifadəsi əsas səbəbi bağırsaq mikroflorasının tarazlığını tənzimləmək və faydalı bakteriyaların miqdarını artırmaqdır.
Bifidobacterium Lactis
- Bağırsaqdakı zərərli bakteriyaların miqdarını və fəaliyyətini azaldan probiyotik növüdür.
- Bağırsaqda müxtəlif vitamin və mineralların sorulmasına kömək edərək qidalanmanı dəstəkləyir.
- Bifidobacterium lactis-in bəzi növləri Fol turşusu (vitamin B9) istehsal edir.
- Digər növləri isə mineralların orqanizm tərəfindən daha asan mənimsənilən formalara çevrilməsinə kömək edir.
DHA
DHA (dokosaheksaenoik turşu) beyin və gözlərin normal inkişafını dəstəkləyən Omeqa-3 yağ turşusudur.
Həyatının ilk ili körpənin beyin və göz inkişafı üçün vacibdir.
DHA, inkişaf etməkdə olan beyin və göz hüceyrələri də daxil olmaqla hüceyrə membranlarının mühüm hissəsidir. DHA oksidləşmə nəticəsində zədələnməyə meylli olduğu üçün DHA-nın öz funkasiyasını yerinə yetirə bilməsi üçün oksidləşdiricilərdən qorunmalıdır.
Ana südü, DHA kimi lipidləri oksidləşmədən qoruyan Lutein və E vitamini kimi antioksidanları da ehtiva edir.
Lutein
Lutein, göz və beyin sağlamlığını dəstəkləyən əsas karotenoidlərdən biri olmaqla bərabər körpələrin beynində və gözlərində olan əsas karotenoiddir.
Lutein ilə zəngin qidalar:
- yaşıl yarpaqlı tərəvəzlər
- qarğıdalı
- yumurta
Vitamin E
E vitamini, güclü antioksidant olaraq, hüceyrələri oksidləşmədən qoruyur.
E vitamini ilə zəngin qidalar:
- ispanaq
- qırmızı bibər
- avokado
- buğda rüşeymləri
- qızılbalıq
- badam
Riboflavin
Riboflavin, ya da daha çox bilinə adıyla desək B2 vitamini, hüceyrələrimizin enerji istehsalında mühüm bir rol oynayan suda həll olan bir vitamindir. Bu güclü koenzim, hüceyrələrimizin enerji istehsal etməsi üçün lazım olan FMN və FAD strukturlarının tərkib hissəsidir.
Riboflavinin əsas funksiyaları:
- Enerji mübadiləsi: Riboflavin, hüceyrələrdə enerji istehsalında mühüm rol oynayır.
- Toxuma inkişafı: Körpənin toxumalarının inkişafı, əzələ funksiyası, ürək-damar sistemi və zehni fəaliyyəti üçün vacibdir.
- Metabolik funksiyalar: Karbohidrat, lipid və zülal mübadiləsində, qırmızı qan hüceyrələrinin əmələ gəlməsində, tənəffüsdə, antikor istehsalında və körpənin sağlam inkişafında mühüm rol oynayır. Bu səbəbdən, körpənin günlük qida rasionunda bu vitaminə yer verilməlidir.
Riboflavin ilə zəngin qidalar:
- süd
- yumurta
- badam
- yaşıl yarpaqlı tərəvəzlər
- taxıllar





