Bebevit 3
Avropa uşaq qidası istehsalı standartlarına uyğun olaraq, 12-18 aylıq körpələr üçün istehsal olunur.
BEBEVİT-3 körpə üçün süd formulasının tərkibi:
- 13 müxtəlif vitamin və minerallarla zənginləşdirilmiş tərkibi ilə körpənizin bütün qida ehtiyaclarını qarşılayır.
- tərkibindəki probiotik mikroorqanizmlərlə körpənizin immun sistemini gücləndirir və həzm sistemini dəstəkləyir.
İstifadə qaydası
Unutmayın!
Süd formula tozunun suda həll edilməsi mikroorqanizmlərin çoxalması üçün münbit mühit təmin edir. Bu da qidanın tez xarab olmasına və körpənizin xəstələnməsinə səbəb ola bilər.
Körpənizin sağlamlığı üçün bu istifadə qaydalarına əməl edin:
- Bebevit körpə üçün süd formulasını hazırlamazdan əvvəl əllərinizi yaxşıca yuyun.
- Mikrodalğalı sobada körpə üçün süd formulasını qızdırmayın.
- Yeməkdən bir neçə dəqiqə əvvəl hazırlanmalı və hazırlandıqdan sonrakı bir saat ərzində istehlak edilməlidir.
- Hər yemək zamanı yenidən körpə üçün süd formulası hazırlayın. Butulkada qalan südü atın və bir daha istifadə etməyin.
- Qutunu açdıqdan sonra möhkəm bağlayın və sərin, quru yerdə saxlayın.
- Bebevit uşaq qidasının qutusunu açdıqdan sonra onu üç həftəyə qədər saxlaya bilərsiniz.
BEBEVİT-3 körpə üçün süd formulasının hazırlanması:
- Əllərinizi yaxşıca yuyun.
- Butulka, əmzik və qapağını qapalı qabda on dəqiqə qaynadın.
- Bebevit uşaq qidasını əlavə etməzdən əvvəl suyu beş dəqiqə qaynadın və 40-45°C-yə (ilıq olana) qədər soyudun.
- Mövcud cədvələ uyğun olaraq butulkaya lazımi miqdarda Bebevit süd formulasını əlavə edin. Qutuda olan ölçmə qaşığından istifadə edərək hər 25 ml suya bir ölçü qaşığı toz əlavə edin. Butulkanı bağlayın və toz suda tamamilə həll olunana qədər silkələyin. Körpənizə verməzdən əvvəl əlinizin üzərinə bir neçə damcı tökərək temperaturunu yoxlayın.
Xəbərdarlıq!
- Körpələr üçün ideal qida ana südüdür.
- 12-18 aylıq körpələrin qidalanması üçün uyğundur.
- Bu məhsul 6 aydan balaca körpələrdə istifadə edilməməlidir.
- Bebevit-3 qida rasionunun bir hissəsi kimi (yəni digər qidalar da istehlak olunmalıdır.) istifadə edilməlidir.
- Əlavə qida kimi istifadə edildikdə, pediatrın tövsiyələrinə əməl edilməlidir.